Prodüser və aparıcı Humay Muxtarova yeni layihəyə start verib. Bu haqda SİA-ya prodüserin özü məlumat verib: "Bayağılıqdan tamamilə uzaq, sırf yaradıcı layihənin üzərində çalışıram. Yaradıcı iş milli mədəniyyətimizin təbliğatına həsr olunub. Azərbaycanda, Kanadada, Dubayda, Avstriyada və başqa ölkələrdə iş aparılacaq layihə ilə bağlı yaxın günlərdə, xarici səfərə hazırlaşıram. Bu barədə geniş danışmağa ehtiyat edirəm. Səbəb isə fikir oğrularının hədəfində olmağımdır. Amma hazırda başım bu möhtəşəm layihəyə qarışdığından, prodüser fəliyyətimə qismən fasilə vermişəm".
Qeyd edək ki, H.Muxtarova bir müddətdən sonra telekanalların birində yeni verilişin aparıcısı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB