Fasilə vermədən çalışan ifaçıdan yeniliklər

Fasilə vermədən çalışan ifaçıdan yeniliklər

Müğənni Ceyhun Əliyevdən yeni xəbərlər var. SİA-ya açıqlama verən ifaçı yeni mahnılarından söz açıb: "2015-ci il girər-girməz yeni bəstələr üzərində çalışıram. Artıq "Ayırdılar bizi" bəstəm hazırdır. Bəstənin sözləri və musiqisi mənə məxsusdur. Daha bir mahnımı dinləyicilərin ixtiyarına verirəm. Bu bəstəm isə "Gəl öp" adlanır. Adını çəkdiyim mahnıları tezliklə işıq üzü görəcək albomuma daxil edəcəm. Ümid edirəm ki, yeni ərsəyə gətirdiyim bəstələr dinləyicilərin ürəyincə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə