"Eurovision" mahnı müsabiqəsinin rusiyalı təmsilçisi Polina Qaqarinanın "A Million Voices" mahnısına çəkilmiş klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, mahnının müəllifləri "Eurovison – 2013"də 5-ci yerə çıxan Dina Qaripova üçün "What If"mahnısını yazmış komanda üzvləridir. Polinanın prodüseri Konstantin Meladze "A Million Voices" mahnısının sülh haqqında olduğunu açıqlayıb: "Biz insanlar həm müxtəlif, həm də eyniyik. Arzulara inanırıq və sülh istəyindəyik".
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək "Eurovision – 2015"in birinci yarımfinalı 19, ikinci yarımfinalı 21, finalı isə 26 mayda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB