Şou-biznes nümayəndələri kimin qapısına papaq atacaq? SORĞU-FOTOLAR
Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - "İlaxır çərşənbə"dir. Bayramla əlaqədar olaraq tanınmışlara "Hansı məşhurun evinə papaq atmaq istərdiniz?" sualı ilə sorğu keçirdik. SİA-ya həmin sorğunu sizlərə təqdim edir:
Müğənni Sevinc Ağaşirinova: "Hər kəsi bayram münasibəti ilə təbrik edirəm. Xalq artisti İlhamə Quliyevanın və müğənni Röyanın qapısına papaq atardım".

Müğənni Kamil Cəfərov: "İlk öncə müəllimin, xalq artisti Canəli Əkbərovun qapısına papaq atacam. Daha sonra Əli Mirəliyevin evinə üz tutacam. Ə.Mirəliyevin həyətində it var. Qorxuram ki, məni tutar(gülür)".

Müğənni Elnar Xəlilov: "Uşaqlıqdan papaq atmağı sevmirəm. Amma bütün şou-biznes nümayəndələrinin qapılarına papaq atardım. İstərdim papağımın içinə yemək məhsulları qoysunlar".

Prodüser Təranə Səmədova: "Uşaqlıq illərimdən papaq atmağı sevməmişəm. Amma böyük məmnuniyyətlə qapı pusardım. Elza Seyidcahanın qapısına qulaq asardım. Mütləq ordan pozitiv söz eşidəcəyimə əminəm".

Aranjimançı Fərid İman: "Papaq altında yatan müğənnilərə papaq atardım".

Stilist Samiraldo: "Xalq artistləri Mələkxanım Eyubovanın, Səkinə İsmayılovanın qapısına papaq atardım. Çünki o, insanlar mənə uşaqlığımı xatırladır".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB