Bu gün müğənni Miri Yusif media mənsubları ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, ifaçı rol aldığı "Yarımdünya" filmindəki görüntülərdən hazırladığı "İstə" adlı klipini təqdim edib.
Tədbirdə "Yarımdünya" ekran işinin yaradıcı heyəti aparıcı Tural Əsədov, Gülsarə, Pərvin Abıyeva, Kamran Ağabalıyev, Osman Albayrak, Miri Yusif olub.
Mərasimdə ilk olaraq "İstə" klipi və "Yarımdünya" filminin anonsu nümayiş olunub. Daha sonra Tural Əsədov, Gülsarə, Pərvin Abıyeva, Kamran Ağabalıyev, Osman Albayrak, Miri Yusif jurnalistlərin suallarını cavablandırıblar.
Tural film haqqında danışaraq ideya müəllifinin Osman Albayraka aid olduğunu və 22 gün ərzində ekran işinin ərsəyə gəldiyini söyləyib.
Miri Yusif baş rolda oynadığı "Yarımdünya" filmində özünü aktyor kimi sınadığı üçün sevindiyini dilə gətirib və aktyorluğun çətin peşə olduğunu diqqətə çatdırıb: "Bu film mənim yaxın dostumun vəfat etdiyi məkanda çəkilib. Mənim üçün bu haqda danışmaq çox çətindir(kövrəlir)".
Qeyd edək ki, "Yarımdünya" filminin aprel ayının 6-da qala gecəsi baş tutacaq.




.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB