Xəbər verdiyimiz kimi, aparıcı-model Ebru Şallı ilə müğənni Sinan Akçıl ayrılıb. SİA-nın verdiyi xəbərə görə, münasibətlərinin bitməsi ilə bağlı jurnalistlərə "Ayrıldıq, qurtardı" açıqlama verən aparıcının sözlərinə qarşı tərəfdən cavab gəlib. Verilişlərin birinə telefonla zəng edən Sinan bunları deyib: "Əslində, danışmaq istəmirdim. Çünki ayrıldıqdan sonra nəsə demək düzgün deyil. Ancaq gördüm ki, bəzi şeylər səhv başa düşülür. Çox gözəl məsəl var: "Yuvanı dişi quş qurar". Mən də bu deyimə inanırdım. Münasibətlərin bitməsi ilə bağlı qərarlarda qadının sözü hər zaman üstünlük təşkil edir və kişilər də nəticə ilə ayaqlaşmalı olur. Son bir həftədir ki, bəzi problemlərimiz yaranmışdı. Bu yaxınlarda yenidən bir araya gəlib, oturub danışacaqdıq. Amma o, çıxıb belə bir açıqlama verib. Mən də mətbuatdan öyrəndim. Sevdiyimi inkar edə bilmərəm. Allahın yazdığı yazıya qarşı çıxmaq olmaz, bir mələkdən ayrılmaq çətin olsa belə... Ebru "qurtardı" deyirsə, deməli hər şey bitdi. Xeyirlisi...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB