Teleaparıcı evlənir? FOTO

Teleaparıcı Ramin İbrahimovun yaxın günlərdə evlənəcəyi xəbəri yayılıb. SİA-ya bu haqda açıqlama verən aparıcı məlumatı təkzib edib: "Bildiyiniz kimi, çox sevdiyim Nəzrin xanımla nişanlıyam. Hələ ki, evlənəcəyimiz tarix bəlli deyil. Bizim tezliklə ailə quracağımız xəbərinin yayılmasına səbəb nişanlımın açdığı yeni gəlinlik evində gəlinliklərdən birini geyinərək sosial şəbəkədə şəklini paylaşmamızdır. Nəzrin gəlinlik evindəki libasları geyinərək reklam edir. Həmin paltarları heç bir modelin geyinməsini istəmirəm. Çünki mənim üçün ən gözəl model nişanlımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə