Məşhur "Ormancı" bəstəsinin müəllifi, türk xalq mahnılarının ifaçısı Nazmi Yüksəl sevənlərə bəd xəbər var. SİA-nın verdiyi xəbərə görə, sənətçi dünyasını dəyişib. Uzun müddətdir səhhəti ilə bağlı xəstəxanada yatan sənətçinin vəziyyəti ağırlaşıb. Onu həkimlər dərhal reanimasiya şöbəsinə yerləşdirib. Lakin N.Yüksələn nəfəs çatışmazlığından həyatını itirib.
Qeyd edək ki, 1926-cı ildə anadan olan Nazmi Yüksələn ifaçılıqla yanaşı, radioda da işləyib. O, üç filmin dublyaj musiqisini yazıb və 42 ədəd val çıxarıb. 1982-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən "Dövlət sənətçisi" fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB