Elnur “Eurovision 2015”də oxuyacağı mahnıya klip çəkdirdi

Elnur “Eurovision 2015”də oxuyacağı mahnıya klip çəkdirdi

Müğənni Elnur Hüseynovun "Eurovision 2015"də oxuyacağı "Hour of the Wolf" mahnısının klipi işıq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, ekran işi yarışmanın rəsmi internet səhifəsində paylaşılıb. E.Hüseynov mayın 21-də Avstriyada baş tutacaq "Eurovision"ın ikinci yarımfinalında çıxış edəcək.

Qeyd edək ki, ifaçı fevralda "O səs Türkiyə" yarışmasının qalibi olub. O, 2008-ci ildə Samir Cavadzadə ilə "Eurovision"a qatılaraq "Day After Day" adlı mahnı oxumuş və səkkizinci yeri tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə