Türkiyə Azərbaycandakı Novruzu canlı izləyəcək

Türkiyə Azərbaycandakı Novruzu canlı izləyəcək

Müğənni Elnarə Xəlilova Türkiyədə "Enbe" orkestri ilə birlikdə konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, "TRT Avaz"ın təşkil etdiyi musiqi axşamı Novruz bayramına həsr olunub. İki saat davam edəcək konsert martın 21-də sözügedən telekanalda canlı yayımlanacaq. E.Xəlilova konsertdə xalq və klassik Azərbaycan mahnıları səsləndirəcək. O, səhnəni türkiyəli ifaçı Kubatla bölüşəcək. Gecədə hər iki ifaçının tamaşaçılara sürprizi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə