Müğənni Murad Bozun 8 illik münasibətdən sonra ayrıldığı keçmiş sevgilisi Eliz Sakuçoğlu sosial şəbəkədən ona ismarış göndərib. SİA-nın verdiyi xəbərə görə, Eliz sənətçiylə barışmaq istədiyini dilə gətirib: "Həyatımda Günəş kimi doğuldun. İşığım, getmək istədiyim yol, gələcəyim oldun. Bütün hədəflərimi sən seçdin. Səndən aldığım güc sayəsində özümə yaratdığım dünyamın əsas qəhrəmanısan. Vaxt gələcək, bunu sən də başa düşəcəksən. Bu dünyada hər kəsin bir yarısı var. Sizə səbr etməyi öyrədir, özünüzlə üz-üzə qoyur, bütün həyatınızı dəyişir. Aranızda qurulan əlaqəni istəyib-istəməsəniz belə, heç nə ilə əvəz etmək olmur. Həmin yarınızı tapanda, necə olursa-olsun, onun üçün mübarizə aparın və qoyun hər bir şeyi tale özü həll etsin".
Qeyd edək ki, Murad Boz Eliz Sakuçoğlundan aktyor Engin Öztürklə ona xəyanət etdiyi üçün ayrılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB