Aranjimançı Fərid İman onu qınayanlara cavab verib. SİA-ya açıqlama verən Fərid bəzi gizli qalan məqamlara da aydınlıq gətirib: "Bəzi sənətçilər aranjimanı baha etdiyim üçün orda-burda haqqımda lazımsız sözlər danışırlar. Amma həmin kəslər bilsin ki, etdiyim aranjimanlar keyfiyyətlidir. Çünki Türkiyədə xüsusi qrupla çalışıram. Şou-biznesdə yaxın dostlarım bilir ki, işimə qarşı ciddi və məsuliyyətliyəm. Ona görə də demək olar ki, müğənnilərin əksəriyyəti mənimlə çalışır. Onu da deyim ki, bir mahnını 1500 manat civarında aranjiman edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB