Günay İbrahimli turneyə çıxır

Yeni mahnılar üzərində işləyən müğənni Günay İbrahimli yeniliklərdən danışıb. SİA-ya açıqlama verən ifaçı yay aylarında turneyə çıxacağını bildirib: "Qarabağ bölgəsinin beş rayonunda konsert verəcəm. Mən özüm də qarabağlıyam. Turnenin sonuncu konserti isə Heydər Əliyev Sarayında olacaq".

Güclü iş rejimində çalışdığını deyən Günay pərəstişkarları ilə görüş keçirəcəyini bildirib. G. İbrahimli açıqlaması zamanı yaxın günlərdə sevənlərini daha bir neçə sürpriz ilə də sevindirəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə