Xalq artisti Faiq Ağayev son günlər sosial şəbəkədə itlərin yandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. SİA-ya açıqlama verən xalq artisti bu cür addım atan insanların cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib: "Bir neçə vaxtdır ki, sosial şəbəkələrdə itlərin yandırılması ilə bağlı məlumatlar yayılıb. Bundan öncə də adamı vahiməyə gətirən bu tərz xəbərlər cəmiyyətimizin kəskin reaksiyasına səbəb olub. Heyvanlara qarşı həssas insanam. Bu cür xəbərlər məni üzür. Bu insaniyyətdən uzaq, zalım və insafsız hərəkətlərə son qoyulmalıdır.
Təklif edirəm ki, heyvanlarla amansız rəftara görə cinayət məsuliyyəti tətbiq olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB