Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə yenidən bir araya gəlib. Bakıda nadir hallarda rastlaşan məşhurlar Moskvada eyni səhnəni bölüşüblər. SİA-nın məlumatına görə, köhnə duetlərini ifa edən iki məşhurun, deyəsən, ancaq iş münasibətində yenidən bir araya gəlməsi mümkün olacaq. Çünki paylaşılan şəkildə belə onların soyuqluğu açıq-aydın görünür.
Məlumat üçün xatırladaq ki, Aygün Kazımova Namiqlə ayrılmasına belə aydınlıq gətirmişdi: "Onun səhvi var idi. O, hisslərini etiraf etməyi bacarmırdı. Ona görə ayrıldıq".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB