Zamiq "Bu mənəm2" layihəsində FOTO

Zamiq "Bu mənəm2" layihəsində FOTO

"Bu mənəm2" layihəsinin növbəti iştirakçıları bəlli olub. SİA-ya açıqlama verən layihənin rəhbərləri Bəbir və Ülviyyə Bəbirli bu dəfə Zamiq Hüseynovun layihəyəyə dəstək olduğunu bildirib: "Gərgin iş rejimi ilə çalışırıq. Disk üçün fotosessiyalar da hazırdır. Fotolar Cavid Səfərov tərəfindən çəkilib. Bu dəfə isə uşaqların sevimlisi olan Zamiq Hüseynov 13 yaşlı Şahanə Rzayeva ilə "Uşaqlıq illəri" adlı mahnı üzərində çalışıblar. Hər kəs üçün uşaqlıq illəri çox əzizdir. Ümid edirik, hər kəs çox bəyənəcək".

Qeyd edək ki, "Bu mənəm2" layihəsində yer alan müğənnilər arasında Tüznalə Ağayeva, Eldar Qasımov, Samira Allahverdi, Lalə Məmmədova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, əməkdar artist Xəyyam Mustafazadə, Əkbər və Gülnarə Rəhman var.

Bütün xəbərlər Facebook səhifəmizdə