"Lider" televiziyasında "Səhər çağı" verlişinə aparıcılıq edən müğənni Vüsalə Rəcovaya sözügedən telekanaldan daha bir veriliş həvalə edilib. Bu haqda SİA-ya aparıcının özü məlumat verib: "Məsuliyyətim artıb. Bundan sonra "Sözün kəsəri" meyxana yarışmasını da mən idarə edəcəm. Həftədə bir dəfə yayımlanacaq".
Qeyd edək ki, efir fəaliyyəti ilə müğənniliyi birgə yürüdən Vüsalə Rəcova xarici ölkələrin birində Novruz bayramı münasibəti ilə keçiriləcək konsertdə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB