Məşhur qrup Bakıya gəlir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı Səfirliyi Dövlət Departamentinin Amerika Musiqisi proqramı çərçivəsində "Break of Reality" qrupunun Mart 10-17, 2015-cü il tarixlərində Azərbaycana səfərini təşkil edir. Səfirlikdən SİA-ya verilən xəbərə görə, üç violonçel ustası və bir zərbçidən ibarət olan Violonçel Rok qrupu Break of Reality 2003-cü ildə Roçester, Nyu-Yorkda yerləşən prestijli Eastman Musiqi Məktəbinin nəzdində qurulub. Break of Reality qrupu yarandığı dövrdən indiyə kimi istər Amerikada, istərsə də dünyanın müxtəlif ölkələrində yerləşən məşhur incəsənət mərkəzləri, kolleclər, rok klubları və musiqi festivallarında yüzlərlə konsert verib. Bununla yanaşı, qrupun bəstələdiyi və ifa etdiyi orijinal musiqilər ABŞ-ın bir sıra dövlət televiziya programları, Datelin NBC və Ictimai Yayım Xidmətinin araşdırma hesabatlarında nümayiş etdirilib.

Bütün konsertlərində Tul, Metalika, və daha fərqli musiqi növlərindən istifadə edən qrup üzvləri orijinal ifaları ilə konsert zallarını həmişə onları dinləmək istəyən azarkeş kütləsi ilə doldurmağı bacarır. Rolling Stone, Billboard, and Forbes jurnalı internet radio ilə bağlı son məqalələrində Break of Reality qrupunu il ərzində 20 milyondan daha çox cərəyan ixrac edən bir mühit kimi göstərib.Break of Reality qrupu, Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyinin sponsorluğu ilə ilk dəfə olaraq çıxış edəcək. Bu proqram səfirliyin amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlər arası anlaşmanı və dostluğu təşviq etmək məqsədini daşıyır. Qrup Azərbaycanın Bakı, İsmayıllı, Qəbələ, Mingəçevir, Zaqatala və Şəki şəhərlərində ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra master klasslar keçirəcəklər.

Qrupunun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. ABŞ Səfirliyi canlı Amerika musiqisi ilə maraqlanan hər bir azərbaycanlını aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir:

Mart 11, 2015 20:00, Bakı Caz Mərkəzi

Mart 12, 2015 16:00, İsmayıllı Mədəniyyət Sarayı

Mart 13, 2015 16:00, Qəbələ Mədəniyyət Mərkəzi

Mart 14, 2015 16:00, Mingəçevir Dövlət Dram Teatrı

Mart 15, 2015 16:00, Zaqatala Mədəniyyət Evi

Mart 16, 2015 16:00, Şəki Dövlət Dram Teatrı

Ətraflı məlumat üçün, ABŞ Səfirliyinin facebook səhifəsinə daxil ola bilərsiniz:

Bütün xəbərlər Facebook səhifəmizdə