Günay İbrahimli yenə iş başında FOTO

Günay İbrahimli yenə iş başında FOTO

Son zamanlar sənəti ilə ciddi məşqul olan məşhur müğənni Günay İbrahimli gürcülərlə iş birliyinə başlayıb. SİA-ya bu haqda ifaçının prodüseri Toma Hüseynəliyeva məlumat verib: "Yeni layihəmizə görə Günayla Gürcüstana səfər etdik. Bu gün qayıtmışıq. Sözügedən ölkəyə üz tutaraq Elvin Abdullayevin bəstələdiyi yeni mahnısını "Bravo Rekords" studiyasında aranjiman etdirdik. Bundan əlavə olaraq Novruz bayramı ərəfəsində həmin bəstəyə gürcü rejissoru tərəfindən klip də çəkiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə