Qalmaqallı sözləri ilə gündəmi zəbt edən stilist Samiraldo (Samir Əliyev) özü haqda maraqlı etiraflar edib. SİA-ya açıqlama verən stilist onu ələ salan insanlardan da söz açıb: "Bəzən efirlərdə tanınmış simaları lağa qoyurlar. Həmin kəs də özünü elə aparır ki, guya heç nə başa düşmür. Amma xalqın gözü tərəzidir. Hər kəs bilir ki, bu insanlar özlərini gicliyə qoyurlar. Məsələn dəfələrlə olub ki, məni də ələ salıblar, küçədə söz atıblar. Geyimlərimi tənqid atəşinə tutublar. Amma mən onlara fikir vermədən işlərimi davam etdirmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB