Verilişi bağlanan prodüserdən yeni xəbər var

Verilişi bağlanan prodüserdən yeni xəbər var

Bir neçə gün bundan öncə verilişi dayandırılan prodüser Təranə Səmədova yenidən aparıcılıq edəcək. SİA-ya bu haqda özü məlumat verib: "Payız ayında yenidən ekranlara gələcəm. Hazırda heç bir veriliş hazırlamıram. Çünki maraqsız olar. Yeni layihəm üçün başqa komanda ilə çalışacam. Elə bir veriliş hazırlamalıyam ki, həm maraqlı olsun, həm də gəlir gətirsin. Ola bilsin ki, mən də başqaları kimi Rusiyada, Türkiyədə olan layihələrin bənzərini hazırlayım".

Bütün xəbərlər Facebook səhifəmizdə