Sami Yusif Bakıda FOTOLAR

Əslən azərbaycanlı olan məşhur müğənni Sami Yusufin Bakı konsertindən hər kəsin xəbəri var. SİA-nın xəbərinə görə, ifaçı "KEvents Group"un təşkilatçılığı ilə martın 14-15-də Heydər Əliyev Sarayında konsert verəcək. Bu münasibətlə o, bu gün paytaxta təşrif buyurub. Müğənni konsertdən öncə media əhli ilə görüş planlaşdırır.

Onu da qeyd edək ki, Sami Yusif konsertlə bağlı Azərbaycan tamaşaçısına müraciət edib: "Çox həyəcanlıyam ki, 14,15 mart tarixində Azərbaycanda-Bakıda, Heydər Əliyev Sarayında sizinlə görüşəcəyəm. Allah sizi qorusun".

Canlı orkestrin müşayiəti ilə səhnəyə çıxacaq Sami Yusuf tamaşaçıları üçün mahnılarını canlı ifa edəcək.

Konsertin təşkilatçılarının verdiyi məlumata görə, "Sarı gəlin" adlanacaq proqramda Sami Yusif son "The Centre" albomunda olan mahnıları ifa edəcək.

Qeyd edək ki, sözügedən albomda xalq mahnımız "Sarı gəlin" həm Azərbaycan, həm də ingilis dilində Sami Yusif tərəfindən ifa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə