İlahə İbadova Hüseyn Cavidə xanəndə dedi BİYABIRÇILIQ

Tanınmış müğənni İlahə İbadova verilişdə dramaturqla yazıçını tanıya bilməyib
İlahə İbadova Hüseyn Cavidə xanəndə dedi BİYABIRÇILIQ

ATV kanalında həftənin bazar günləri yayımlanan "Qonaq gəl bizə" verilişinin bu dəfəki qonağı Azərbaycan səhnəsində həm xanəndə, həm də müğənni kimi fəaliyyət göstərən İlahə İbadova olub. Verilişin formatına uyğun olaraq aparıcı müğənniyə Azərbaycan ədəbiyyatının iki tanınmış və unudulmaz simalarından olan Cəfər Cabbarlı və Hüseyn Cavidin şəkillərini təqdim edib. SİA-nın məlumatına görə, müğənni başındakı papağa görə Hüseyn Cavidin hansısa xanəndə olduğunu, Cəfər Cabbarlının isə gözündəki eynəyə görə, Üzeyir Hacıbəyov olduğunu deyib. Nəticə etibarilə müğənni Azərbaycan ədəbiyyatının iki dahi simasını tanımayıb.

Qeyd edək ki, "Qonaq gəl bizə" verilişində qonaq olan bir çox müğənnilər dəfələrlə bu cür sualların qaşısında utanaraq aciz qalıblar.

Məlumat üçün bildirək ki, İlahə İbadova ATV kanalında "Xalq ulduzu" mahnı yarışmasının iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə