Məşhurlar bir arada FOTOLAR

Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu yeni mahnını bu dəfə gürcü qızı, əməkdar artist Manana ifa edib. SİA-ya bu haqda bəstəkarın özü məlumat verib: "Qənirə xanımla işbirliyimiz davam edir. Bu dəfə Qənirə xanımla ortaq mahnımızı, gözəl müğənni, əməkdar artisti Manana ifa etdi. Manana çox istedadlı ifaçıdır. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 11-ci mahnıdır. Hələ ardı var".

Qeyd edək ki, bəstəsi Sevinc Tofiqqızına, sözləri Qənirə Paşayevaya aid olan "Söylə sənmisən?" mahnısının aranjimanı Osman Həmidovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə