Aparıcı Samir Bayramlı yenidən efirə qayıdır. SİA-ya bu haqda açıqlama verən aparıcı verilişinin yayım vaxtını da söyləyib: "Bu layihənin hazırlıqları məni sözün əsl mənasında yordu. Çünki bir çox problemlər yaranmışdı. Ancaq şükürlər olsun ki, yoluna qoydum. "Toydan əvvəl" adlanan yeni verilişim martın 15-də efirə gedəcək. Layihə hər bazar günü saat 17:30-da ATV-də yayımlanacaq. On illik televiziya fəaliyyətimdə olan ən maraqlı, fərqli, gözəl və çətin layihə, məhz budur. Bu verilişi heç bir layihə ilə müqayisə etmək fikrim yoxdur. Çünki olduqca realdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB