İbrahim Tatlısəs yenidən əməliyyat olundu

İbrahim Tatlısəs yenidən əməliyyat olundu

Müğənni İbrahim Tatlısəs əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, bu haqda ifaçının meneceri jurnalistlərə açıqlama verib: "Səhhəti yaxşıdır. Əməliyyat Amerikanın Mayami şəhərində baş tutub və 4 saatdan çox çəkib. Zəng vurub maraqlanan bütün dostlarına, dua edən hər kəsə təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, 2011-ci ildə silahlı hücuma məruz qalan və başından vurulan sənətçi uzun müalicə prosesindən sonra sağlamlığına qovuşsa da, qırılan kəllə sümüyünün parçalarından biri risk daşıdığı üçün çıxarılmamışdı. İ. Tatlısəs həmin sümüyün çıxarılması üçün fevralın əvvəlində Amerikaya yola düşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə