Türkiyəli müğənni Atilla Taş polisə çağırılıb. SİA-nın verdiyi xəbərə görə, buna səbəb onun sosial şəbəkədə yazdıqları ilə bağlı olub. Sənətçi daha sonra bu haqda öz hesabında da yazıb: "Baş nazirə aid yazdıqlarıma görə çağırılmışdım. Etirazımız qəbul edilmədi. Əvvəl Konstitusiya Məhkəməsinə, sonra Ali Məhkəməyə müraciət edəcəyəm. Fikirlərimə görə həbs olunaramsa, bu şərəfdir. Heç kimdən qorxmuram. Alnım açıq, üzüm ağdır".
Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu keçən ay A.Taşı məhkəməyə vermişdi. Bunun ardından müğənni "Dörd tvitimə qadağa qoyulub. Vəkillərimlə görüşdüm, susdura bilməzlər" yazmışdı.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB