“Evim sensin”in ikinci hissəsi çəkilir

“Evim sensin”in ikinci hissəsi çəkilir

Aktyor-rejissor Özcan Dəniz məşhur "Evim sensin" ("Evim sənsən") filminin 2-ci hissəsini – "Kutsal Aşk"ı ("Müqəddəs eşq") çəkməyə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, ekran işinin həm rejissoru, həm də baş rol ifaçısı olan aktyor bu haqda İnstaqram səhifəsində yazıb. O, filmin ssenarisini özünün hazırladığını deyib.

Qeyd edək ki, "Evim sənsin" filmində Özcan Dənizin tərəf müqabili aktrisa Fəxriyyə Evcən olub.

Bütün xəbərlər Facebook səhifəmizdə