Aynur Hacıyevanın təqdimatında olan "Körpü" şou bu dəfə bayram buraxılışını təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, layihənin bu həftəki qonaqları Azərbaycandan Elton Hüseynəliyev, Türkiyədən isə Pətək Dincöz, Aslıhan Güner olub. Xatırladaq ki, A.Güner "Selena", "Asi", "Şefkat Tepe", "Bir zamanlar Osmanlı" və s dizilərində rol alıb.
"Körpü"nün hər buraxılışında qonaqlarına xoş əhval-ruhiyyə yaşadan Aynur xanım bu buraxılış haqda fikirlərini bölüşüb: " Hər verilişdə türk sənətçilərinin layihəyə marağının biraz da artdığını hiss edirik. Qonaqlara sərbəst və yüksək əhval-ruhiyyədə olmaları üçün hər cür imkan yaradılır. Bu dəfəki qonaqlarımızdan biri Pətək Dinçöz idi. Ondan yetərincə səmimmiyyət və mehribanlıq gördüm. Azərbaycana olan istəyi, hörməti sonsuzdur. Qonaqlarla birlikdə studiyada əsl bayram etdik. Canlı musiqilər, Eltonun coşduran mahnıları, Leyla Babayevanın hər verlişdə olduğu kimi könül oxşayan nəğmələri bu buraxılışımızı da maraqlı etdi".
Qeyd edək ki, "Körpü" şou martın 8-də Xəzər televiziyasında yayımlanacaq.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB