Ayaz Qasımov: “Qalmaqal insanı nüfuzdan salır”

Ayaz Qasımov: “Qalmaqal insanı nüfuzdan salır”

Müğənni Ayaz Qasımov qalmaqallardan söz açıb. SİA-ya açıqlama verən ifaçı hər zaman söz-söhbətlərdən kənar gəzdiyini bildirib: "Qalmaqal əlavə zaman istəyir və insanı nüfuzdan salır. Bəzən tamaşaçı kimi dalaşan müğənnilərə baxıb, qınayıram. Çünki lazımsız sözü böyüdüb, qalmaqal yaratmaq nəyə lazımdır? Məncə söz-söhbətlərə ayıracağımız vaxtı işlərimizə, öyrənməyə, ailəmizə sərf etməliyik. Ömür qısadır. Gözəl yaşamaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə