Növbəti yumoristik film gəlir

Növbəti yumoristik "Yumurta"adlı film lentə alınıb. SİA-ya bu haqda PR direktoru Samir Xəttab məlumat verib: ""Yumurta" filmində 20-dən çox tanınmış aktyor çəkilib və çox düşündürücü yumorlarla zəngin filmdir. Ekran işində Bəhram Bağırzadə, Fərda Amin, Arif Quliyev, Ələsgər Məmmədoğlu, Ramin Hacıyev, Elnur Hüseynov, İlham Binəli, Faiq Mirzə kimi tanınmış aktyorlar rol alıb. Baş rolda Nicat Rəhimov oynayıb. Düşünürük ki, film tamaşaçıların zövqünü oxşayacaq".

Qeyd edək ki, filmin rejissoru Ramil Adiloğlu, ssenari müəllifləri Ramil Adiloğlu, İslam Ağayev və Ramiz Hüseynzadə, produsseri isə Pənah Eldaroğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə