Opera ifaçısı jurnalistlərlə görüşdü

Opera ifaçısı jurnalistlərlə görüşdü

Opera ifaçısı Oya Ergün jurnalistlərlə görüşüb. SİA-nın verdiyi xəbərə görə, o, "Sevgilim" mahnısına çəkdirdiyi klipinə və 8 Mart Beynəlxalq Qadınlar günündə verəcəyi konsert üçün mətbuat konfransı keçirib.

Mərasimi giriş sözü ilə açan opera ifaçısı klipi və konserti haqqında danışıb: "Rəşid Behbudov mənim üçün çox önəmli sənətçidir. Ona görə də onun repertuarına müraciət edərək "Sevgilim" mahnısına ekran işi verdirdim. Klipi Fərhad Əli çəkib. Konsert haqqında da deyim ki, buradan heç bir gəlir əldə etmək fikrim yoxdur. Konsertə biletlər dəvətnamə ilə olacaq. Mənimlə həmin gün müğənni Rəşad İlyasov iki mahnı səsləndirəcək. Ümid edirəm ki, tamaşçılarımız bu konsertdən olduqca razı qalacaqlar".

Qeyd edək ki, Oya Ergün mətbuat konfransında media mənsublarının suallarını da cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə