Rejissor Kutluğ Atamanın quruluş verdiyi "Kuzu" filmi 43-cü Beynəlxalq Belqrad Film Festivalında yarışır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, təqdimat gecəsinə filmin baş rol ifaçısı azərbaycanlı Nəsrin Cavadzadə də qatılıb. Qırmızı xalı üzərində qara libasda boy göstərən Nəsrin obyektivlərə yanında gətirdiyi oyuncaq quzunu öpərək poza verib.
Qeyd edək ki, Nəsrin Cavadzadənin rol aldığı "Kuzu" filmi aprel ayında viziona girəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB