Əli Mirəliyev: "Həyat yoldaşım təmizkar deyil"

Əli Mirəliyev: "Həyat yoldaşım təmizkar deyil"

Hər zaman müğənniləri qınaq obyektinə çevirən müğənni Əli Mirəliyev bu dəfə şəxsi həyatından danışıb. SİA-ya açıqlama verən ifaçı həyat yoldaşından da söz açıb: "Bir çoxları elə bilir ki, mən ancaq efir xatirinə verilişlərdə dava salıram. Ancaq elə deyil. Çünki mən adi həyatda da davakaram. Bu xasiyyətimə görə həyat yoldaşımla da yola getmirəm. Odur ki, əksər xüsusiyyətləri mənə xoş olmadığı üçün o, qızımla qalır. Məsələn mən təmizkaram, o isə yox. Yemək bişirəndə mətbəxi çirklədir. Bəzən paltarlarımı yumaq üçün mən yaşadığım evə gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə