Əməkdar artisti Tünzalə Ağayevanın "Qarabağın səsi" mahnısına Türkiyə mediasında geniş yer ayrılıb. SİA-nın verdiyi xəbərə görə, sözləri Cəlal Qurbanova, musiqisi Tünzalə Ağayevaya məxsus olan mahnı Türkiyənin ən nüfuzlu qəzeti olan "Hürriyet"də yayımlanıb. "Azeri müzisyen Karabağ için şarkı yazdı" başlıqlı xəbərdə mahnının sosial mediada böyük həvəslə qarşılandığı və bir neçə dilə tərcümə edildiyi qeyd olunub. Xəbərdə həmçinin qeyd olunub ki, mahnı "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.
Qeyd edək ki, bu xəbər "Hüriyyet"lə yanaşı Türkiyənin ən nüfuzlu xəbər portallarından olan "haberler.com" və bir çox saytlarda da işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB