"Bu mənəm-2" layihəsindən xəbər var

"Bu mənəm-2" layihəsindən xəbər var

"Bu mənəm-2" layihəsinin növbəti iştirakçıları əməkdar artist Lalə Məmmədova və 9 yaşlı Nuray Əliyeva "Çiçəklər" mahnısını lentə yazdırıblar. SİA-nın verdiyi xəbərə görə, buna qədər bir neçə məhşur isimin dəstəy olduğugu bu layihə üçün ayrı-ayrı mahnılar hazırlanmaqdadır. Hər bir mahnının musiqisi layihənin rəhbəri Bəbir və Ülviyyə Bəbirliyə, sözləri Ruhiyyə Rüstəmovaya məxsusdur. Hər bir sənətçinin uşaqlarla sevgi ilə çalışdığını diqqətə çatdıran layihə rəhbərləri bunun davamlı olacağına inandıqlarını bildirdilər.

Xatırladaq ki, "Bu mənəm-2" layihəsində əməkdar artistlər Tüznalə Ağayeva, Lalə Məmmədova, Xəyyam Mustafazadə, müğənnilər Eldar Qasımov, Samira, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnarə Rəhman təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə