Bir neçə gündür Türkiyə mediası Bakıda çəkilişləri başlayan "Əli və Nino" filmi barədə xəbərlər yayır. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, filmdə rol alan məşhur aktyor Halit Ergenç artıq Bakıdadır.
"Muhteşem Yüzyıl" serialında Sultan Süleyman obrazını canlandırarkən buraxdığı saqqalını kəsməyən aktyorun Asif Kapadianın "Əli və Nino" filmində oynamaq üçün imicini dəyişdirdiyi, başını qırxdırdığı, qısa saqqal saxladığı qeyd olunub.
Qeyd edək ki, xəbərdə filmin çəkilişlərinin Bakı və İstanbulda gerçəkləşəcəyi və çəkiliş qrupunda xeyli Türkiyə vətəndaşlarının yer aldığı vurğulanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB