Günay ərindən sevgilisi üçün ayrıldı?

Günay ərindən sevgilisi üçün ayrıldı?

Türkiyədə yaşayan azərbaycanlı model-aktrisa Günay Musayeva haqqında xəbər yayılıb. SİA-nın verdiyi xəbərə görə, türk mətbuatı Günayın həyat yoldaşı Tolqa Karellə ayrılmasına səbəb kimi özünə yeni sevgili tapdığı fikrini irəli sürüblər. Belə ki, məqalədə Günayın iş adamı Vedat Mavuzərlə birlikdə olduğu vurğulanıb: "Model yeni sevgilisi ilə saatlarla kafedə oturub. Mərkəzdən çıxarkən fotokameraları qarşısında görən Musayeva həyəcanlanıb. Vedat Mavuzər hadisə yerindən qaçaraq, kafeyə girib. Günay isə fotoqraflardan şəkillərin silinməsini tələb edib. İş adamı ilə bağlı suallara aktrisa "İş üçün bir araya gəldik" cavabını verərək, jurnalistləri aldatmağa çalışıb".

Qeyd edək ki, Günay ötən ay Tolqadan ayrılma xəbərini təsdiqləmişdi. Boşanma ərəfəsində olan model və aktyor ayrı evlərdə yaşayır. Onların Cahangir adında bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə