Teleaparıcı: “Məşhurluq sənət deyil”

Teleaparıcı: “Məşhurluq sənət deyil”

Teleaparıcı Samir Bayramlı özlərini ulduz hesab edən insanlardan söz açıb. SİA-ya açıqlama verən Samir onları "yıxıb-sürüyüb": "Zamanında adını çəkəndə üzləri qızaranlar var idi. Amma efirə çıxandan sonra lovğalıq edirlər. Çünki bəziləri özlərini ulduz hesab edirlər. Ancaq bilsinlər ki, məşhurluq sənət deyil. O, bizim işimizin nəticəsidir və efir insanları üçün bonusdur".

Samir xeyriyyə tədbirlərindən də danışaraq hər zaman iştirak etdiyini bildirib: "Azərbaycanda xeyriyyə tədbirləri 2007-ci ildən başlayıb. Nə vaxtsa bu cür mərasimlərə dəvət olunuramsa, etiraz etmədən gedirəm. Çünki hər yerə pul gözü ilə baxmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə