Dayanmadan üzərində çalışan müğənni Günay İbrahimlidən xəbər var. SİA-ya açıqlama verən ifaçı daha bir yeniliyə imza atacağını söyləyib: "İş başında olmaq mənim üçün xoşdur. Kameralardan kənarda qalanda unudulduğumu hiss edirəm. Hazırda da "Hüzur" adlı yeni bəstəmə klip çəkdirirəm. Hazırlıq prosesi gedir. Ekran işi haqqında ətraflı məlumat verməyəcəm. Yaxın günlərdə ekran işini tamaşaçıların ixtiyarına verəcəm".
Qeyd edək ki, "Hüzur" adlı bəstənin sözləri və musiqisi Tural Bayraməliyevindir.
Bütün xəbərlər Facebook səhifəmizdə