Hit mahnıların müəllifi Tural Bayraməliyevin yeni mahnısını əməkdar artist Almaz Ələsgərli səsləndirib. SİA-ya bu haqda bəstəkarın özü məlumat verib: "Söz və musiqisi mənə məxsus lirik nəğmə "Mən sənsiz" adlanır. Bəstə Türkiyədə peşəkar musiqiçilər tərəfindən aranjeman edilib, səsləndirilib. Mahnı Almaz xanımın ifasında uğurlu alınıb. Bu bəstəni məhz A.Ələsgərlinin ifası üçün yazdım və yaxın günlərdə klip çəkilişi nəzərdə tutulub".
Qeyd edək ki, mahnılarında saf sevgini tərənnüm edən T.Bayraməliyev bəstələrini həyat yoldaşına həsr edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB