Nigarla Eldarın badminton oyunu

"Eurovision 2011" qalibləri Nigar Camal və Eldar Qasımov Bakı Slavyan Universitetində Badminton Federasiyası ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, "Bakı-2015" Avropa Oyunlarının "Ulduz Elçi"si seçilən tanınmışlar daha sonra universitetin idman zalına gedərək, badminton oynayıblar.

Həmin an çəkilən videonu sosial şəbəkədə paylaşan N.Camal "Badminton Federasiyası ilə görüşdən sonra Eldarla oynadıq. Bizə qoşulun..." sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə