İfaçı xəstəxanalıq oldu

Türkiyəli müğənni Emel Sayının başına iş gəlib. SİA-nın verdiyi xəbərə görə, sənətçi evdə gəzərkən ayaqları bir-birinə dolaşıb və yerə yıxılıb. 69 yaşlı sənətçi ağrılar içində xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra Emel Sayının çiyninin qırıldığı məlum olub.

Xəstəxanada olan sənətçinin ziyarətinə sadəcə yaxınları üçün icazə verilib. Müğənninin həkimləri ona bir həftəlik istirahət etməyi məsləhət görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə