Müğənni Manaf Ağayevin ailəsində ağır itki üz verib. SİA-ya bu haqda sənətçinin özü məlumat verib: "Bu gün mənim üçün 2 kədərli gündür. Çünki bu gün 26 Fevral Xocalı faciəsidir. Eyni zamanda da bacımın yoldaşı, 63 yaşında dünyasını dəyişib. Mərhumun ölməsinə səbəb qaraciyər xərçəngi xəstəliyindən əziyyət çəkməsi olub. Hazırda hüzün içindəyəm. Qapıma insanlar axışır. Allah hər birimizə səbr versin".
Qeyd edək ki, mərhumun 40 mərasimi mart ayının 23-də baş tutaaq.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB