Gözəlliyi dillərə dastan olmasa da, uğurlu karyerası, xoşbəxt ailə həyatı, özünəməxsus həyat tərzi ilə dünyanın ən sevilən modelyerlərdən birinə çevrilən Viktoriya Bekhem, qadınların qibtə etdiyi xanımdır. Belə ki, bütün bunlara baxmayaraq, onun stilinə də laqeyd yanaşmaq mümkün deyil.
Məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoroya Bekhem 4 uşaq anası, modelyer və əsl stil ikonasıdır. İtaliyada dərc olunan "Grazia" jurnalının keçirdiyi sorğuda, bütün bu xüsusiyyətlərinə görə Viktoriya Bekhem ən tanınmış dəb ilahələrini arxada qoyaraq ən ruhlandırıcı qadın seçilib.
"Grazia" jurnalı apardığı sorğu nəticəsində müxtəlif kateqoriyalarda ən çox ilham verən məşhur qadınların siyahısını təqdim edir:
Dəb kateqoriyasında: Viktoriya Bekhem
Mədəniyyət kateqoriyasında: Lena Dunham
Əyləncə kateqoriyasında: Emma Uatson
Siyasət kateqoriyasında: Malala Yousafzay
İdman kateqoriyasında: Jessica Ennis Hil
Texnologiya kateqoriyasında: Zoe Suq (Zoella)







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB