Müğənni Sevda Yahyayevanın təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnistutunun Mərkəzi Qan Bankı ilə birgə keçirilən aksiyada Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan verilib. Qan verməyə gələn insanlar qarşısında Sevda Yahyayeva, Sevil Sevinc bacıları, Murad Arif, Sevinc Ağaşirinova, və digərləri konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə çıxış edən müğənni Sevda Yahyayeva, çağırışına səs verib, qan verməyə gələn hər bir donora təşəkkür edid, bundan sonrada müxtəlif xeyriyyə aksiyaları keçirəcəyini vəd edib. Sevda Yahyayeva tədbirdə ona dəstək olan aparıcı Samir Bayramlıya, Murad Arifə və bütün sənətçi dostlarına təşəkkür edib.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB