Rusiyada "Zvukovaya dorojka MK – 40" ("Musiqili xalça") adlı mükafatlandırma mərasimi baş tutub. SİA-nın verdiyi xəbər görə, Moskvanın iri salonlarının birində olan gecədə həmyerlimiz, müğənni-bəstəkar Emin Ağalarov da mükafatlandırılıb. O, "Sexy M" və ya "Ən seksual kişi" nominasiyasında mükafata layiq görülüb.
Emin yarışmada üç nominasiyada təmsil olunurdu: "İlin müğənnisi", "İlin dueti" (Svetlana Loboda ilə oxuduğu "Smotriş v nebo") və "Sexy M".
Qeyd edək ki, səsvermə internet vasitəsilə aparılıb. Eminlə yanaşı, nominantlar arasında Dima Bilan, Natali, Maksim, Sati Kazanova, Svetlana Loboda, İrina Alleqrova və başqaları yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB