Aparıcı: “Aparıcılar müğənnilər kimi qalmaqal arxasınca qaçmır”

Aparıcı: “Aparıcılar müğənnilər kimi qalmaqal arxasınca qaçmır”

Teleaparıcı Samir Bayramlı şou-biznes əhlindən söz açıb. SİA-ya açıqlama verən aparıcı özü haqqında da hər kəsi təəccübləndirən etiraflar edib: "Şou-biznesin bütün üzvləri ilə yaxşı münasibətim var. Demək olar ki, tanınmışların əksəriyyəti ilə dostam. Onu da deyim ki, biz aparıcılar müğənnilər kimi qalmaqal arxasınca qaçmırıq. Hər bir aparıcı bir kanalı təmsil edir".

Aparıcı özü barədə də inanılmaz açıqlama verib: "Bəzilərdindən fərqli olaraq ulduz xəstəliyinə indi tutulmamışam. Məktəb vaxtlarından ulduz olmuşam. Yəni şou-biznesə gələndən sonra görmədiyim günə düşməmişəm. Hələ efirə çıxandan sadələşmişəm. Çünki özümdən razı insanam (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə