Türkiyəli müğənni Özcan Dəniz Bakıda "O səs Türkiyə"nin qalibi Elnur Hüseynov haqda fikirlərini bölüşüb. SİA-nın verdiyi xəbərə görə, Özcan rejissoru olduğu "Sevimli Təhlükəli" filminin qala gecəsində Elnuru tərifləyib: "Elnur qalib olduqdan sonra ətrafında gəzən söz-söhbətdən xəbərim yoxdur. Gözəl səsi var. Azərbaycan onu bir dəfə "Eurovision"a göndərib. İcazə verin, bu dəfə də Türkiyəni təmsil etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB