Emil Bədəlov ata olacaq? FOTO

Deyilənlərə görə, müğənni Emil Bədəlov yenidən ata olmağa hazırlaşır. SİA-ya bu haqda danışan sənətçi xəbərin yalan olduğunu söyləyib: "Gəzən söz-söhbət yalandır. Ata olmağa hələ ki, hazırlaşmıram. Bu xəbələrin kim tərəfindən yayıldığı məni çox maraqlandırır. Çünki, şou-biznes nümayəndələrinin əksəriyyəti ilə münasibətim var. Hamıyla da əlaqəm yaxşıdır".

Qeyd edək ki, Emil Bədəlov xalq artisti Firuz Əliyevin qızı Xanımla ailə həyatı qurub. Cütlüyün Səadət adında bir qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə